qurdqanli4
Rusiyalı turistlər Türkiyədə ilişdi: kartlar bloklanıb, otellərə borcu ödəmək olmur
Rusiya banklarına qarşı sanksiyalar Türkiyədə turizm biznesinə zərbə vurub, otellər, istirahət mərkəzləri ödənişləri ala bilmirlər. virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus banklarının SWIFT sistemindən çıxarılması səbəbindən tur operatorların otellərə borcu yaranıb.
Otellərin tur operatorlardan erkən rezervasiya üçün ödəniş almaları mümkün olmur. Digər tərəfdən, hazırda Türkiyədə olan rus turistlərin kartları sanksiyalardan sonra bloklandığından xüsusilə Antalya və Fethiyedəki otellər, istirahət mərkəzləri ödənişləri ala bilmirlər.
Cənubi Ege Turizm Otelçiler və Operatorlar Birliyi (GETOB), Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) və Ege Turizm Bizneslər və Konaklamalar Birliyinin (ETİK) rəhbərləri Rusiya banklarına qarşı sanksiyalardan sonra yaranan vəziyyətlə bağlı məlumat veriblər. Bəlli olub ki, bir çox rusiyalı turistlər artıq erkən rezervasiyalarını ləğv ediblər, ləğv olunmayan rezervasiyalar üçün ödənişlər almaq mümkün olmur.
Otellər ödənişləri ala bilmirlər
Xəbər verildiyi kimi ötən gün Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen əksər rus banklarının SWIFT sistemindən çıxarıldığını bildirib. O, Rusiyanı beynəlxalq maliyyə sistemindən təcrid edən hərtərəfli sanksiyaların davam etdiriləcəyini də deyib.